• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1296
— 11.12.2017 13:28

6 kq-a yaxın narkotik vasitə müsadirə olundu

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən kecirilən tədbirlər nəticədə 6 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Əldə edilən məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş Nəsimi Babayev saxlanılıb. Onun yaşadığı evə baxış zamanı oradan ümumi çəkisi 5 kiloqram 62 qram olan marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsi zamanı çətənə toxumlarını bir neçə ay bundan əvvəl əkdiyini və onlara xüsusi üsulla qulluq edərək yetişdirdiyini bildirib.Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 

 

Zülfiyyə Telmanqızı