• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2208
— 11.12.2017 13:05

Qəzalarda ölən və xəsarət alanlar var

KepezTV Player

Yolu keçən gənc qəzanın qurbanı oldu. Daha bir yol-nəqliyyat hadisəsində avtomobillər toqquşdu... Məkanı və səbəbi fərqli olsa da nəticəsi eynidir. Qəzaların təfərrüatlarını izləyək...

Cəlilabad rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə Ələt-Astara magistral yolunda, rayonun Olimpiya İdman Kompleksinin yaxınlığından keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində Cəlilabadın Göytəpə şəhər sakini, 31 yaşlı Natiq Nəzərov aldığı xəsarətlərdən dünyasını dəyişib. Tərtərdə də ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Tərtər-Bərdə avtomobil yolunun Buruc kəndi ərazisindən keçən hissəsində olub. Bərdə rayonu, Alaçadırlı kənd sakini Zaur Bəylərovun idarə etdiyi “Land Cruiser” markalı avtomobil Tərtər rayon sakini Elşad Quliyevin idarə etdiyi avtomobillə toqquşub.Qəza nəticəsində Elşad Quliyev aldığı xəsarətlərdən dünyasını dəyişib, digər sürücü xəstəxanaya yerləşdirilib. Daha bir qəza Bakı-Quba yolunda qeydə alınıb. Magistralın Xızının Yaşma kəndi ərazisindən keçən hissəsində avtobusla minik maşının toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Sumqayıt Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktlarla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı