• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2043
— 10.12.2017 13:01

Gəncədə yaşlı qadını avtobus vuraraq öldürüb

Hadisə şəhərin Şəmkir avtovağzalı adlanan ərazisində baş verib. Şəhər sakini 73 yaşlı Nərgiz Ələsgərovanı 11 saylı xətt üzrə sərnişin daşıyan "İsuzu" markalı avtobus vurub. Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Məlumata görə qadın tüfeyli həyat tərzi sürürmüş. Sürücü ilkin ifadəsində qadını vurmadığını, avtobusu işə salan zaman qadının qəfil maşına çırpılaraq yerə yıxıldığını bildirib. Hadisənin dəqiq təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmadan sonra məlum olacaq.

 

Gülnar Fazilqızı