• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1108
— 09.12.2017 16:09

Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanın Xarici işlər nazirlərinin Vyana görüşünü alqışlayır

KepezTV Player

ABŞ-ın ATƏT-dəki müvəqqəti işlər vəkili Harri Kamian bildirib ki, "Biz Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin dekabrın 6-da keçirilmiş görüşünü və Minsk Qrupu həmsədrlərinin nümayəndə heyətləri başçılarının bəyanatını alqışlayırıq. Oktyabr sammitində Ermənistan və Azərbaycan prezidentlərinin təmas xəttində gərginliyin azaldılması üçün danışıqların aktivləşməsi ilə bağlı razılaşmalarından məmnunuq", - deyə bildirib. Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov isə nazirlərin görüşünü belə şərh edib...

Əli Əhmədov Baş nazirin müavini: Bəyanatları biz indiyə qədər çox eşitmişik. İstənilən bəyanatlara hörmətlə yanaşırıq. İndiki səsləndirilən bəyanata da biz hörmətlə yanaşırıq. Amma bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bəyanat sadaca bəyanat səsləndirmək xatirinə edilməsin. Bunun arxasınca real işlər olsun. İnanaq ki, bundan sonra real işlər olacaqdı.