• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1612
— 09.12.2017 13:47

Gəncədə qətl törədən şəxs Bakıda polisə təslim olub

Gəncə şəhər sakini Vicay Cəmşidzadəni bıçaqlayaraq qətlə yetirən  Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Süleymanlı təslim olub. O, Bakıda Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə gedərək törətdiyi əməli etiraf edib. Vicay Cəmişzadə dekabrın 8-dən 9-na gecə keçə Gəncənin Dədə Qorqud küçəsində bıçaq xəsarətləri ilə yaralı halda aşkarlanıb. Xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Gəncə şəhər Prokuroluğunda cinayət işi başlanılıb. İstintaq aparılır.

Natiq Hüseyn