• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1788
— 08.12.2017 15:39

UEFA Avropa Liqasında qrup mərhələsi sona çatıb

C qrupunda mübarizə aparan Türkiyənin turnirdəki iki klubundan biri İstanbul Başakşəhər evdə Braqanı qəbul edib. Oyuna yaxşı başlayan meydan sahibləri 10-cu dəqiqədə Edin Viskayla hesabı açıblar. 55-ci dəqiqədə tablodakı rəqəmlər eyniləşib. Qonaqlardan Raul status-kvonu bərpa edib. Amma 77-ci dəqiqədə Əmrə Bələzoğlu penaltidən fərqlənərək yekun hesabı təyin edib. 2:1 Başakşəhərin qələbəsi Türkiyə təmsilçisi qalib gəlsə də, qrupdan çıxa bilməyib.

İ qrupunda yer alan digər türk klubu Konyaspor səfərdə Vitorianın qonağı olub. Oyunun əvvəlində Mehdi Burabiayla hesabı xeyrinə dəyişən konyalılar bu hesabı sonadək qoruya bilməyiblər. 77-ci dəqiqədə Ali Turan avtoqola imza ataraq oyunun 1:1 hesabı ilə bitməsini şərtləndirib. Bununla da qrupda  3-cü yeri tutan Türkiyə klubu avrokuboklarla vidalaşıb.

B qrupunda Dinamo Kiyev doğma publika önündə Partizanı sınağa çəkib. Ukraynalılar 6-cı  dəqiqədə Mikola Morozyukla hesabda önə keçib.  Ardınca 28 və 31-ci dəqiqələrdə Junior Moraeş iki dəfə rəqib qapısına yol taparaq fərqi 3-ə yüksəldib. Bu qol ilk yarıda sonuncu olmayıb. Fasiləyə az qalmış qonaqlardan Marko Yevtoviç 11 metrlik cərimə zərbəsindən buraxılan toplardan birinin əvəzini çıxıb. İkinci hissədə ev sahibləri daha 1 dəfə serbləri cəzalandırıblar. Oyunu yüksək səviyyədə keçirən Moraeş hakimin təyin etdiyi penaltini qola çevirərək kiyevlilərin 4:1 hesablı qələbəsini rəsmiləşdirib. Bu qələbəylə Dinamo turnir cədvəlini ilk sırada tamamlayaraq mərhələ adlayıb.

 D qrupunda gecənin ən sensasiyalı nəticəsi Riyeka – Milan görüşündə qeydə alınıb. Artıq  7-ci dəqiqədə Yakov Pulyiç xorvatları önə keçirib. İkinci hissənin əvvəlində  meydan sahiblərindən Mario Qavranoviçlə yerli azarkeşləri növbəti dəfə sevindirib. Bu qol həm də görüşdə qapılara vurulan sonuncu dəqiq zərbə olub. Beləliklə yeni baş məşqçi Cennaro Qattusoyla ilk avrokubok oyununa çıxan italyanlar məğlub olsalar da, 1/16 finala lider kimi yollanıblar.

H qrupunda 1 tur öncədən növbəti mərhələni özünə təmin edən Arsenal evdə Bateylə üz-üzə gəlib. London klubu bu görüşdə belarusların qapısında 6 cavabsız top keçirib. İlk 3 qol ilk yarıda vurulub ki, bu qollar Matey Debuşi, Teo Uolkott və Cek Vilşerin ayağına yazılıb. Fasilədən sonra isə qapıların yerini səhv salan Denis Polyakov həmçinin topçulardan Olivye Jiru və Mohammed El-nenni digər qolların müəllifi olublar.

Gecənin maraqla gözlənilən Real Sosyedad – Zenit qarşılaşmasında ruslar qələbə qazanıb. 35-ci dəqiqədə Aleksandr Yeroxinlə tablonu hərəkətə gətirən ruslar 58-ci dəqiqədə qapısından top buraxıb. İspanlardan Vilian Xose diqqətləri üzərinə çəkib. Amma 64-cü dəqiqədə Branislav İvanoviç peterburqluları yenidən hesabda irəli çıxarıb. Qarşılaşmanın başa çatmasında 5 dəqiqə qalmış isə Leonardo Paredes adından söz etdirərək yekun hesabı müəyyənləşdirib. Real Sosyedad 1 Zenit 3. 6-cı turdan sonra Zenit birinci, sosyedadlıar isə qrupu ikinci sırada tamamlayaraq 1/16 finala vəsiqə əldə ediblər.

 

UEFA Avropa Liqası

VI tur

7 dekabr

 

A qrupu

“Slaviya” – “Astana” - 0:1

Qol: Aniçiç, 39

 

“Vilyareal” – “Makkabi” - 0:1

Qol: Blakman, 60

 

1.

Vilyareal

6

3

2

1

10:6

11

2.

Astana

6

3

1

2

10:7

10

3.

Slaviya Praqa

6

2

2

2

6:6

8

4.

Makkabi

6

1

1

4

1:8

4

 

 

B qrupu

“Dinamo Kiyev” – “Partizan” - 4:1

Qollar: MorozyuK, 6, Moraeş, 28, 31, 77 (pen.) - Yevtoviç, 45+4

 

“Yanq Boyz” – “Skenderbeu” - 2:1

Qollar: Oaro, 55, Assale, 90+6 - Qavazay, 51

 

1.

Dinamo Kiyev

6

4

1

1

15:9

13

2.

Partizan

6

2

2

2

8:9

8

3.

Yanq Boyz

6

1

3

2

7:8

6

4.

Skenderbeu

6

1

2

3

6:10

5

 

C qrupu

“Hoffenhaym” – “Ludoqorets” - 1:1

Qollar: Oş, 25 - Vanderson, 62

 

“Başakşəhər” – “Braqa” - 2:1

Qollar: Viska, 10, Emre, 77 - Silva, 55

 

1.

Braqa

6

3

1

2

9:8

10

2.

Ludoqorets

6

2

3

1

7:5

9

3.

Başakşəhər

6

2

2

2

7:8

8

4.

Hoffenhaym

6

1

2

3

8:10

5

 

 

D qrupu

“Austria” – AEK - 0:0

 

“Riyeka” – “Milan” - 2:0

Qollar: Puliç, 7, Qavranoviç, 47

 

1.

Milan

6

3

2

1

13:6

11

2.

AEK

6

1

5

0

6:5

8

3.

Riyeka

6

2

1

3

11:12

7

4.

Austriya

6

1

2

3

9:16

5

 

 

E qrupu

“Apollon” – “Everton” - 0:3

Qollar: Lukman, 21, 28, Vlasiç, 87

 

“Atalanta” – “Lion” - 1:0

Qol: Petanya, 10

 

1.

Atalanta

6

4

2

0

14:4

14

2.

Lion

6

3

2

1

11:4

11

3.

Everton

6

1

1

4

7:15

4

4.

Apollon

6

0

3

3

5:14

3

 

 

F qrupu

“Kopenhagen” – “Şerif” - 2:0

Qollar: Sotiriu, 56, Luftner, 59

 

“Zlin” – “Lokomotiv” - 0:2

Qollar: Mirançuk, 70, Farfan, 75

 

1.

Lokomotiv

6

3

2

1

9:4

11

2.

Kopenhagen

6

2

3

1

7:3

9

3.

Şerif

6

2

3

1

4:4

9

4.

Zlin

6

0

2

4

1:10

2

 

G qrupu

“Styaua” – “Luqano” - 1:2

Qol: Qnore, 60 - Daprela, 3, Vesey, 32

 

“Hapoel” – “Viktoriya” - 0:2

Qollar: Heyda, 28, Horava, 83

 

1.

Styaua

6

3

1

2

9:7

10

2.

Viktoriya

5

3

0

2

11:8

9

3.

Luqano

6

3

0

3

9:11

9

4.

Hapoel

5

1

1

3

5:8

4

 

H qrupu

“Arsenal” – BATE - 6:0

Qollar: Debuşi, 11, Uollkot, 37, Uilşer, 43, Polyakov, 51 (öz qapısına), Jiru, 64 (pen.), Elneni, 74

 

“Srvena Zvezda” – “Köln” - 1:0

Qol: Srniç, 22

 

1.

Arsenal

6

4

1

1

14:4

13

2.

Srvena Zvezda

5

1

3

1

2:2

6

3.

Köln

5

2

0

3

7:7

6

4.

BATE

6

1

2

3

6:16

5

 

 

I qrupu

“Marsel” – “Zalsburq” - 0:0

 

“Gimarayş” – “Konyaspor” - 1:1

Qollar: Ali Turan, 77 (avtoqol) - Burabia, 15

 

1.

Zalsburq

6

3

3

0

7:1

12

2.

Marsel

6

2

2

2

4:4

8

3.

Konyaspor

6

1

3

2

4:6

6

4.

Gimarayş

6

1

2

3

5:9

5

 

J qrupu

“Herta” – “Ostersuns” - 1:1

Qollar: Pekarik, 61 - Papaynapulos, 68

 

“Zarya” – “Atletik” - 0:2

Qollar: Aduriz, 70, Qarsiya, 86

 

1.

Atletik

6

3

2

1

8:5

11

2.

Ostersuns

6

3

2

1

8:4

11

3.

Zarya

6

2

0

4

3:9

6

4.

Herta

6

1

2

3

6:7

5

 

K qrupu

“Vitess” – “Nitsa” - 1:0

Qol: Kastanyos, 85

 

“Zulte-Veragem” – “Latsio” - 3:2

Qollar: De Pau, 6, Heylen, 60, Leya, 83 - Kaysedo, 67, Lukas Leyva, 76

 

1.

Latsio

6

4

1

1

12:7

13

2.

Nitsa

6

3

0

3

12:7

9

3.

Veragem

6

2

1

3

8:13

7

4.

Vitess

6

1

2

3

5:10

5

 

L qrupu

“Vardar” – “Rosenborq” - 1:1

Qollar: Ytalo, 9 - Bentner, 45+2

 

“Real Sosyedad” – “Zenit” - 1:3

Qollar: Villian Xose, 58 - Eroxin, 35, İvanoviç, 64, Paredes, 85

 

1.

Zenit

6

5

1

0

17:5

16

2.

Real Sosyedad 

6

4

0

2

16:6

12

3.

Rosenborq

6

1

2

3

6:11

5

4.

Vardar

6

0

1

5

3:20

1

 

Orxan Cəfərzadə