Vergilər Nazirliyinin təşəbbüsü ilə 12 saylı ərazi vergilər departamenti Gəncənin orta məktəb şagirdlərini departamentin iş prosesi ilə əyani tanış ediblər. Ekskursiyanın əsas məqsədi gələcəyin vergi ödəyicilərinə vergi hüquqlarının aşılanması, inzibati iş prosesi ilə tanışlıq, yadılan şərait və həmçinin vergi ödəyicilərinə göstərilən çoxsaylı xidmətlər barədə məlumatlandırmaq olub. Departamentin müxtəlif şöbələrini gəzən şagirdlərə, həmin şöbələrdə həyata keçirilən proseslərlər nümayiş etdirilib, şagirdləri marağına səbəb olan suallara cavab verilib. Vergi qanunlarının təbliği il ərzində orta məktəblərdə də həyata keçirilir.
Adil Şükürov - 12 saylı Ərazi Vergilər Departamentinin şöbə müdiri: Biz hesab edirik ki bu onların gələcək həyatında rol oynayacaq. Belə ki, onlardan biri sahibkar ola bilər və ya bizim əməkdaş ola bilər, yəni bu ekskursiyaların təşkili onların bu sahədə mariflənməsinə böyük kömək göstərəcək.
Həsən Əkbərov - şagird: Gəldik bu gün vergilər departamenti ilə tanış olduq. Burada yaradılan şəraiti yaxından görə bildik. Bizim üçün gördüklərimiz çox yaxşı təsürat bağışladı. Gələcəkdə, məsuliyyətli vergi ödəyicisi olmağımız üçün çox böyük addım oldu. Burada bizi çox maraqlı məqamlarla tanış etdilər. Bütün vergi prosesləri ilə tanış olduq.
Elton Cabbarlı
- Baxış: 750