• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1723
— 08.12.2017 13:40

“Kəpəz” Avroliqaya gedən yolda qələbə qazanmaq arzusudadır

KepezTV Player

Dekabrın 10-11 tarixlərində futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Səfərdə "Keşlə"nin qonağı olacaq “Kəpəz” çempionatdakı uğursuzluğu kubokda sığortalamaq niyyətindədir. Odur ki, komanda Avroliqaya aparan qısa yolda sərfəli nəticə qazanmağı hədəfləyib.

“Kəpəz” kubok oyununa Bakıda hazırlaşır. “Keşlə” ilə qarşıdakı görüşlərə futbolçular ciddi yanaşırlar. Çünki bu iki oyun özünü yeni baş məşqçiyə göstərmək, sübut etmək baxımından böyük önəm kəsb edir. Komandanın çalışdırıcısı Yunis Hüseynovun da dediyi kimi yalnız etimadı doğruldan oyunçular qış fasiləsindən sonra komandada qalacaq. Kubokda 1/8 final mərhələsini Hüseynovun rəhbərliyi altında adlayan sarı-göylər "Keşlə"yə qarşı dueldə həm çempionat oyunlarındakı böyükhesablı məğlubiyyətləri unutdurmaq, həm də avropaya getmək üçün şansını qorumaq istəyir.

Yunis Hüseynov – “Kəpəz”in baş  məşqçisi – “Yüksək liqada çıxış edənlərin hər bir oyunu çətindir. Bilirsiz ki, “Keşlə” komandasına Ramiz Məmmədov yeni gəlib, mən də “Kəpəz”ə yeni gəlmişəm. Futbolçularda qalib gəlmək istəyi çox olur. Onlar da bizə qarşı hazırlaşacaqlar. Biz də çalışmalıyıq ki, elə bir oyun göstərək ki, “Keşlə komansını keçək. Bütün klublar istəyir ki, kubok oyununda qalib gələrək Avropaya çıxsın. Bizim kimi “Keşlə” komandası da bu görüşə hazırlaşır. Ancaq biz də istəkliyik. İstəyirik ki, bu rəqibi də keçərək yarımfinala yüksələk. Buna nə qədər nail olacağımızı zaman göstərəcək.”

Gəncə klubu optimal heyət sarıdan əziyyət çəkir. Bir müddət öncə sıradan çıxan Viktor Oseqeyl və Fərid Məmmədovla yanaşı, son günlər zədə səbəbindən Məhəmməd Qurbanov da məşqlərdə iştirak edə bilmir. Bu üzdən yarımmüdafiəçi oyunu tribunadan izləməli olacaq.

"Keşlə" - "Kəpəz" qarşılaşması dekabrın 10-da saat 14:00-da İnter Arenada keçiriləcək.

 

Orxan Cəfərzadə