• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1883
— 08.12.2017 13:19

Samuxda Hüseyn Cavidin 135 illik yubileyi qeyd olunub

KepezTV Player

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyi Samuxda qeyd edilib. Şairin həyat və yaradıcılığından, ədəbiyyata, cəmiyyətə verdiyi töhfələrdən danışılıb. Çıxışlarda Hüseyn Cavid şəxsiyyət kimi səciyyələndirilib. Onun yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvəti kimi gələcək nəsillər üçün mühüm əhəmiyyətə malikdir. Hüseyn Cavidin 135 illiyi münaisbəti ilə onun yaradıcılığından bəhs edən film də nümayiş olunub.

Süleyman Əliyev Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi: Bu günkü tədbir gələcək nəslin məktəblilərin vətənpərvərlik  ruhunda böyüməsi eləcədə ədəbiyyata bağlılığını daha da inkişaf etdirilməsi  üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanın yazarlarına qarşı olan ittihamların unudulmaması üçün çox lazımlı tədbirlərdən biridir.

 

 

Natiq Hüseyn