• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2367
— 08.12.2017 10:02

Süni intellektli Honor View 10 smartfonu peyda oldu

Çinin Huawei şirkətinin Honor brendi View 10 (V10) adlı flaqman smartfonunu təqdim edib. Yeni “ağıllı” mobil telefonun 6 düymlük nazik çərçivəli və 18:9 ölçülü ekranı var. Aparatın operativ yaddaşı 6 Qb, daxili yaddaşı isə 128 Qb-a bərabərdir. Qurğuda hətta microSD kartı üçün dəlik də görmək olar. Smartfonun əsasını Huawei Kirin 970 prosessoru təşkil edir. Onun süni intellekti istifadəçinin hərəkətlərinə nəzarət edir və vərdişlərinə uyğunlaşır. Bundan başqa, süni intellekt çəkiliş zamanı kadrda süjetləri və obyektləri müəyyən edir, görüntülərin daha keyfiyyətli alınması üçün parametrlərə düzəliş edir. Texniki xarakteristikaya gəldikdə, Honor V10 monoxromlu bir cüt 20 meqapiksellik və 16 Mp RGB-modullu əsas kamera qazanıb. Ön kamera isə 13 Mp-dir. Yeni Çin malında tətbiq edilən 3D Facial Animation funksiyası Apple smartfonlarında rast gəlinən Animojinin analoqudur. Onunla sahibinin mimikasını ekranda animasiya smayliklərə köçürmək olur. V10-u nəinki barmaq izləri ilə, hətta üz tanıma sistemilə də açmaq mümkündür. 3750 mAs həcmli mobil cihazın akkumlayotu sürətli enerji yığmağı dəstəkləməklə yarım saata 50% enerji yükləyir. Honor V10 smartfonu Avropa və ABŞ mağazalarında 8 yanvardan peyda olacaq. Avropada qiymət 500 avro, Amerikada isə 499 dollar olacaq.