• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1766
— 08.12.2017 10:03

Subaru 5 metrlik 8 yerli krossoverini göstərdi

Subaru avtoistehsalçıları Los-Ancelesdə keçirilən avtomobil sərgisində markanın ən böyük krossoverini göstəriblər. Ascent adlı model 7 və 8 yerlik variantda təklif edilir. 260 at güclü motoru olan maşın brendin digər modellərindən itələmə vektoruna nəzarət sistemi mənimsəyib. Krossoverin uzunluğu 5 metrə, eni və hündürlüyü isə 2 metrə yaxındır. Təxminən 3 metrlik təkər bazasına malik avtomobil ölçülərinə görə Toyota Highlander və Mazda CX-9 modellərini xatırladır. Ascentin klirensi 220 millimetrə çatır. Bu maşın Subarunun 2.4 litrlik 4 silindrli motoru olan ilk modeli hesab olunur. Sürət qutusu əllə keçiddən və 8 pilləli imitasiyadan ibarətdir. Tam ötürücü sistemə yiyələnən krossoverdə rast gəlinən sistemlərdən biri də Active Torque Vectoring-dir. Bu sistem maşını rahat döndərmək üçün ön təkərləri yavaşladır. Subaru Ascentin standart avadanlıqlar siyahısına avtomatik təcili əyləc sistemi, Apple CarPlay və Android Autonu dəstəkləyən 6,5 düymlük displeyli multimedia sistemi, 3 zonalı klimat kontrol, 4 ədəd USB portu, 19 stəkanaltı və butulka saxlamaq üçün yer quraşdırılıb. Subaru Ascent ABŞ-ın İndiana ştatında istehsal olunacaq. Krossoverin satışları Şimali Amerikada növbəti ilin yay aylarında başlayacaq. Onun başqa bazarlarda peyda olub-olmayacağı dəqiq bilinmir.

 

Cavanşir Məmmədzadə