• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2258
— 07.12.2017 15:04

Gəncəli idmançı dünya kubokunun qalibi olub

KepezTV Player

Bakıda budo döyüş növləri üzrə Dünya Kubokunda Azərbaycan yığma komandanın tərkibində Gəncə idmançıları da iştirak edib. Nizami yurdunun təmsilçilərinin yüksək nailiyyətlərə imza atdığı yarışda Elmir Əliyev qızıl medala layiq görülüb.

Ölkəmizin ev sahibliyi etdiyi yarışda yerli idmançılarla yanaşı İran, Rusiya, Şimali Kipr, Türkiyə, Hindistan, Özbəkistan, Misir və Gürcüstan döyüşçüləri də mübarizə aparıb. Ümumilikdə medallar uğrunda müxtəlif versiyalar üzrə 800 idmançı bacarığını nümayiş etdirib.

Elmir Əliyev çıxış etdiyi çəkidə iki görüş keçirib. O, asiyalı rəqiblərinə qalib gəlib.

36 yaşlı idmançı qarşıdakı günlərdə daha bir məsul yarışda qüvvəsini sınayacaq. Əliyev muay-tay döyüş növü üzrə Avro-Asiya çempionatında iştirak edəcək.

 

Azad Rəfi