• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1149
— 07.12.2017 10:03

Windows 10 üçün ilk ARM-noutbuklar hazırlandı

Microsoft və Qualcomm şirkətləri ilk dəfə Windows 10 əməliyyat sistemində işləyən, Qualcomm prosessorlu noutbuklar hazırlayıb. Söhbət ASUS NovaGo və HP Envy x2 daşına bilən personal kompüterindən gedir. Sensor ekranlı aparatlar Qualcomm Snapdragon 835 və LTE-modem Snapdragon X16 prosessorları ilə təmin olunub. Hər iki qacet Windows üçün 32 bitlik tətbiqetməni dəstəkləyir. Yaradıcılar söz verirlər ki, noutbuk avtonom rejimində 20 saatdan çox çalışa bilir. Noutbukların digər xarakteristikalarına gəldikdə, HP Envy x2 12 düymlük ekran, ASUS NovaGo isə 13,3 düymlük ekrana sahibdir. Qurğular 4 Qb-dan 8 Qb-dək operativ yaddaş və 256 Qb-dək həcmi olan daşıyıcı əldə edib. Windows 10 S idarəetməsi ilə işləyən noutbuklardan Asus NovaGo-un 4 Qb-lığı 599 dollar, 8-liyi isə 799 dollardır. O biri noutbunkun dəyəri və ümumiyyətlə satışlarına nə vaxt başlayacağı isə hələlik məlum deyil. 

 

Cavanşir Məmmədzadə