• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1877
— 06.12.2017 21:11

Daşkəsəndə qəza olub, 4 nəfər yaralanıb

Daşkəsən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Niva" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə Daşkəsən rayon sakini, 34 yaşlı Ramil Əhmədov, 42 yaşlı Xəyyam Məmmədov, Tərtər rayonun Ələsgərli kənd sakini, 41 yaşlı Nəriman Ələkbərov və onun həmyerlisi, 28 yaşlı Xəyyam Sarıyev yaralanıblar.  Faktla bağlı araşdırma aparılır.