• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2036
— 06.12.2017 17:27

Gəncədə xüsusi qayğıya ehtiyyacı olan uşaqlar öz istedad və bacarıqlarını nümayiş etdiriblər

KepezTV Player

Azərbaycana Birgə Yardım Təşkilatı və Gəncə şəhər icra hakimiyyətinin beynəlxalq əlillər günü ilə əlaqədar birgə təşkil etdiyi şənlikdə fiziki və əqli qüsurlu uşaqlar hazırladıqları müxtəlif mövzulu səhnəciklərlə çıxış ediblər. Əsasən vətən, ana, ailə mövzularını əhatə edən şer və musiqiləri ifa edən körpələr, bununla  fiziki qüsurun normal həyata inteqrasiyaya mane olmadığını sübut ediblər. Bu kimi uşaqların cəmiyyətə qazandırılması üçün Azərbaycana Birgə Yardım Təşkilatının Reabilitasiya mərkəzində bacarıqlı əllər, xalq yaradıcılığı və idman dərnəkləri təşkil edilib.

Rəzalə Abbasova  - ABYT-nın koordinatoru: "Biz 10 regionda artıq UAFA kimi işləyirik. Orda erkən müdaxilə kabinetlərimiz var. İlk öncə marifləndiririk onları ki, cəmiyyətdən utanmasınlar, uşaqlarını üzə çıxartmaqdan. Bax bu uşaqların nəticələri var, bu uşaqların axırları var. Bunlar seçilməməlidir cəmiyyətdə".

Əli Babacanov - fiziki məhdudiyyətli şəxs: "Əlil uşaqların və əlil gənclərin, bizim cəmiyyətə inteqrasiyasını görəndə təbii ki, çox sevinirik. Bütün insanların hüquqları bərabərdir. Və biz sevinirik bu halları görəndə".