• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1105
— 06.12.2017 15:19

Gəncədə əlilliyi olan şəxslərin ictimai nəqliyyatdan istifadəsində yaranan çətinliklər müzakirə olunub

KepezTV Player

Gəncədə “Əlilliyi olan insanların ictimai nəqliyyatdakı müəssərliyi” müzakirə edilib. Aparılan sosial sorğunun nəticələri açıqlanıb və məlum olub ki, şəhərin avtomobil yolları və səkilərinə əlillərin çıxışı ürəkaçan səviyyədə deyil.

Sosioloji sorğu Gəncədə “Əlil şəxslərin A məntəqəsindən B məntəqəsinə gedərkən üzləşdiyi çətinliklər” istiqamətində aparılıb. Sorğuda şəhər Təhsil İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin Gəncə şəhər Nizami və Kəpəz rayon şöbələri, habelə şəhərdə fəlaiyyət göstərən müxtəlif İctimai Birlik və Reabilitasiya Mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Vəfa Hüseynli - Azərbaycan Milli Avtomobil Klubunun layihələr üzrə rəhbəri: “Məqsəd əlilliyi olan insanların hərəkət zamanı üzləşdiyi çətinliklər: bu olsun nəqliyyatdakı infrastruktur, bu olsun insanların onlara olan münasibəti, steriotiplər, xoşagəlməz baxışlar və sair. Bütün bunların analizini aparıb, fikirlərini öyrənirik və bunun əsasında biz hesabat və təkliflər toplusu hazırlayacağıq”.

Elmira İsmayılova - Əlil Qadınlar” İctimai Birliyinin Gəncə şəhər şöbəsinin sədri: “Bizim sorğuda 200 nəfər iştirak edib. 100 əlil, 100 valideyn və ya onlara baxan şəxsə bu sual ünvanlanıb. Sorğunun nəticəsinə uyğun olaraq deyə bilərik ki, yeni binalarda onlar üçün hər cür şərait yaradılsa da, köhnə binalarda və ictimai nəqliyyatda bu problem olaraq qalır”.

Əlillərin şəhərdə hərəkətini məhdudlaşdıran amillərdən biri də pandusların olduqca az olması, olanların da standartlara tam cavab verməməsi göstərilir. O ki qaldı əlillərin ictimai nəqliyyatdan istifadəsinin əlçatan olmasına...

Ceyhun Əliyev - Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin hüquqşünası: “2018-ci ildən etibarən Gəncə şəhərində xüsusi avtobuslar tədbiq olunacaq. Bu avtobuslarda əlillər və sağlamlıq imkanları məhdud şəxslər üçün müəyyən imkanların təmin olunması şəklində təşkil olunacaq bu avtobuslar ki, əlillərimiz də onlardan istifadə edə bilsin. Həmçinin avtobuslarda intellektuaıl idarəetmə sisteminin tədbiqi də gözlənilir”.

Əlillərin cəmiyyətə inteqrasiyasını təmin etmək üçün müxtəlif işlər görülsə də hələ ki istənilən nəticəni əldə etmək mümkün olmayıb.

 

Gülnar Fazilqızı