• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2309
— 06.12.2017 14:36

ASAN könüllüləri bu dəfə səhnədə nəyə qadir olduqlarını nümayiş etdiriblər

KepezTV Player

Respublikamızda fəaliyyət göstərən ASAN xidmət mərkəzlərinin  fəaliyyət istiqamətlərinin əsas hissələrindən birini də könüllülük hərəkatı tutur. Məhz elə bunun üçün də bu gün ASAN xidmət mərkəzlərində könüllük fəaliyyəti bir inistitut kimi formalaşıb. Bir çox mərhələrdən keçən könüllülər yekunda məzun olaraq ASAN kadr karyera mərkəzi vastəsi ilə əmək bazarına hazır kadr olaraq göndərilir. Bu fikirlər Gəncə ASAN xidmət mərkəzinin keçirdiyi tədbirdə səslənib. Gəncə ASAN xidmət mərkəzində də indiyə kimi 2 minə yaxın könüllü olub. Hazırda isə mərkəzdə 16-26 yaş arası 60 könüllü var. Keçirilən tədbirdə isə 30 könüllü milli rəqs edib, solo ifalar edib, Arşın mal alan operattasından bir parça nümayiş etdiriblər.

Vaqif Əjdərli - Gəncə ASAN xidmət mərkəzinin könüllülər üzrə məsul şəxs –“ Könüllülərimiz bir çox mədəni, sosial, tədbirlərdə yaxından  iştirak edirlər.  Bir çox beynəlxalq və yerli layihələrin bir başa təşkilatçısı və ya icraçısı kimi daim aktiv olmağa təşəbbüs göstərirlər”.

Gülmira Seyidova könüllü – “ ASAN xidmət mərkəzi könüllü gənclərə öz qayğılarını əsirgəmir. Bunun nəticəsidir ki, könüllülər artıq gələcək iş həyatında özləri üçün müəyyən bir profilə malikdirlər”. 

 

Elnur Vahidoğlu