• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2106
— 06.12.2017 14:01

Şəmkirli rabitəçilər peşə bayramlarını qeyd edib

KepezTV Player

Şəmkirdə rabitə və informasiya texnologiyaları sahəsində çalışanlar peşə bayramı tədbirinə ümummilli lider heydər Əliyevin abidəsini ziyarətlə başalyıb. Ötən 11 ay ərzində rayon mərkəzində, eləcə də Düyərli və Sarıtəpə kəndlərində mövcud ATS-lərin nömrə tutumu artırılıb, Tatar kəndində ATS tam elektronlaşdırılıb. Bu müddətdə 1000 abonentin mənzilinə stasionar telefon xətti çəkilib, 3000 abonent isə internet şəbəkəsinə qoşulub. Bayram tədbirində  Şəmkirin Çaparlı və Şiştəpə kəndlərində bu istiqamətdə işlərin davam etdirildiyi, yaxın vaxtlarda Düyərli kəndində poçt şöbəsinin mövcud binasının əsaslı təmirinə başlancağı vurğulanəb. Növbəti il üçün isə Əliyaqublu və Muxtariyyə kəndlərində poçt şəbəkəsinin müasirləşdirilməsi planlaşdırılır.

 

Natiq Hüseyn