• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 871
— 06.12.2017 13:19

Lombard işçisi olan qadın bıçaqlandı

KepezTV Player

Bakıda qanlı olay baş verib. Hadisə Yasamal rayonunda olub. 45 yaşlı Fəxrəddin Rzayev içki məclisi zamanı qohumu ilə əlbəyaxa dava edib. Nəticədə o, qohumu tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Daha bir bıçaqlanma hadisəsi Salyanda qeydə alınıb. Rayon ərazisində fəaliyyət göstərən lombarda gələn naməlum şəxs oranın işçisi, 47 yaşlı Xanım Bədəlovaya bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb.Faktlarla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı