• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2276
— 05.12.2017 22:56

Narkotik satarkən iş başında yaxalandı

Cəlilabadda narkotik satmaq istəyən İran vətəndaşı saxlanılıb. Məlum olub ki, sərhəd-buraxılış məntəqəsindən qanuni yolla Azərbaycan ərazisinə keçən Sabir Dərgahi burada digər İran vətəndaşı olan Əli adlı şəxsdən satış məqsədi üçün narkotik maddə olan heroin əldə edib. Polisin keçirdiyi əməliyyat zamanı o, narkotik maddəni satmaq istəyərkən iş başında yaxalanıb. Faktla bağlı Cinayət məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.