• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2783
— 05.12.2017 13:55

Avtomobil işıq dirəyinə çırpıldı, sürücü yaralandı

KepezTV Player

Abşeron rayonunun Masazır qəsəbəsində yol qəzası baş verib. 29 yaşlı İdris Hüseynov idarə etdiyi BMW markalı avtomobillə hərəkətdə olarkən yolun təmir-tikinti işlərinin aparıldığı sahəsinə çıxıb. Bu zaman sürücü dərhal əyləci sıxıb, lakin asfalt qatının üzərinə tökülmüş çınqıl daşları maşının sürüşməsinə səbəb olub. Nəticədə BMW yol kənarındakı işıq dirəyinə çırpılıb. Sürücü ağır bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.