• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1600
— 05.12.2017 13:54

2 kiloqramdan çox marixuana aşkarlandı

KepezTV Player

Şirvan ŞPŞ-nin Narkotiklə mübarizə qrupu əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İlyas İlyasov saxlanılıb. Polis Şöbəsində onun əlindəki polietilen sellofana baxış zamanı 2 bükümdə qurudulmuş marixuana aşkar edilərək götürülüb.Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisi 2 kiloqram 50 qram qurudulmuş marixuana olması barədə rəy verilib.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.