• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2234
— 05.12.2017 13:53

Quldurluq edən gənc yaxalandı

KepezTV Player

Dünya malına səcdə etmə, əlindən çıxana kədərlənərsən. Bəli, tamah yenə də insanı ən dəyərli xəzinədən - azadlıqdan etdi. Paytaxt sakininə qarşı quldurluq edən gənc əldə etdiyi qənimətinin "xeyrini" görmədən yaxalandı.

Paytaxt sakini Ülvi  Cuvarlı Akademik Həsən Əliyev küçəsi ilə hərəkətdə olan zaman naməlum şəxs onun qarşısını kəsərək bıçaqla hədələyib və mobil telefonunu əlindən alıb. Zərərçəkən hadisə barədə yaxınlıqda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına məlumat verib. Cinayəti törədən əvvəllər də məhkumluq həyatı yaşayan Seymur Osmanov hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılıb və Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinə təhvil verilib. Onun quldurluq yolu ilə etdiyi mobil telefon və hadisə zamanı istifadə etdiyi bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.  Polislər quldurluq etməkdə şübhəli bilinən şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarəsinə müraciət edə bilərlər.