Bu günə xəbərlərin oxunma sayı: 1435
— 05.12.2017 10:50

Elektrikli bolid dünyanın ən sürətli heyvanı ilə yarışdı

Tamamilə elektriklik bolidlərin Formula E yarışında iştirak edən Techeetah komandası avtomobilini dünyanın ən sürətli heyvanı ilə yarışdırıb. Elektrikli bolidin sükanı arxasında Techeetah komandasının pilotu Jan-Erik Vern əyləşib. Hepard saatda 110 kilometr sürətlənə bilir. Yarış avtomobilinin isə maksimal sürəti 225 km/saata bərabərdir. İlk olaraq heyvan avtomobili ötsə də, sonda rəqibinə uduzub. Amma əsas məsələ bu deyil. Formula E təşkilatçıları analoji videoçarxla diqqətləri nəsli kəsilməkdə olan hepardlara yönəltmək istəyiblər. Vəhşi təbiətdə bu yırtıcılar 7 mindən də az sayda qalıb.