• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1161
— 04.12.2017 17:59

6 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı

KepezTV Player

6 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb. Dövlət Gömrük Komitəsinin Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsi barədə əməliyyat məlumatı daxil olub. Gömrük əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib. Nəticədə, Azərbaycan vətəndaşı Zəka Əliyev adları hələlik istintaqa məlum olmayan İran vətəndaşları tərəfindən qonşu ölkədən Azərbaycana gömrük nəzarətindən kənar yolla gətirilən 6 kiloqram 20 qram çəkidə həşiş qətranını Bakı şəhərinin Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində şərti alıcıya satmaq istəyərkən saxlanılıb. Beləliklə, Əliyev şübhəli şəxs qismində tutulub, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.