KepezTV Player
Dekabrın 3-ü səhər saatlarında Şəki rayonu Bideyiz kənd sakini, 4 yaşlı Natavan Cövdət qızı Cabbarovanın vəziyyəti yaşadığı ünvanda qəfildən pisləşib. Ağır vəziyyətdə olan 4 yaşlı Natavan Cabbarova Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Şəki MRX-nın məlumatına görə Natavan Cabbarova xəstəxanaya daxil olan zaman onda həyat əlaməti olmayıb. Valideynləri uşağın iki gün öncə lobya udduğunu və bu səbəbdən öldüyünü ehtimal edirlər.
Uzun müddət Natəvanın müalicəsi ilə məşğul olan kənd həkimləri isə başqa səbəblər irəli sürürlər.
Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.
- Baxış: 419