Gəncəyə ilk səfərini yüksək qiymətləndirən xarici diplomat Koreya ilə Azərbycan arsasında inkişaf edən mövcud əlaqələrdən danışıb. Görüşdə səfirə Gəncənin iqtisadi, sosial, mədəni həyatı haqqında ətraflı məlumat verilib. Şəhərdə fəaliyyət göstərən bəzi müəssisələrin profilinin yenilənməsi, mədəni əlaqələrin genişləndirilməsi müzakirə olunub. Koreya Respublikasının Azərbaycandakı səfiri “DET AL” Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksi ilə də yaxından tanış olub.
Kim Çanq-gyun - Koreya Respublikasının Azərbaycandakı səfiri “ Gəncəyə səfərim çərçivəsində bu şəhərdə qədim tarixi abidələrlə yanaşı, inkşaf edən sənayeni də gördüm. Əldə olunan məlumatlar üzərində işləyəcəyəm və bölgənin iqtisadi potensialı əsasında Koreya ilə sıx əlaqələrin qurulmasına öz töhvəmi verməyə çalışacağam. 2018-ci ildə Gəncədə Koreya mədəniyyət günlərinin keçirilməsini də nəzərdə tutmuşuq.
- Baxış: 640