• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1744
— 04.12.2017 14:36

Beynəlxalq Əlillər Günü münasibəti ilə Gəncədə tədbir keçirilib

KepezTV Player

Şəhərin Gənclər Evində baş tutan görüşdə əlilliyi olan insanların problemləri, təklifləri və istəkləri dinlənilib. Tədbirdə dövlət tərəfindən sağlamlıq imkanları məhdud olanların cəmiyyətə inteqrasiyası üçün bir sıra layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bu gün Azərbaycanda əlillər beynəlxalq tədbirlərdə, idman yarışlarında, müxtəlif səpgili sərgilərdə ölkəmizi layiqincə təmsil edirlər. Tədbirdə əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgisi sərgilənib. Məqsəd bu kimi sərgiləri təşkil etməklə əl işlərini satışını təminetmək və sağlamlıq imkanları məhdud olanların maddi vəziyyətini yaxşılaşdırmaqdır. Gəncə şəhərində ümumlikdə 17 mindən artıq sağlamlıq imkanları məhdud olan şəxslər var ki, onlardan da  9 minə yaxını əlil qadınlardır.

Elmira İsmayılova – Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsini sədri:  “Məqsədimzi odur ki, daim insanlarımızı əlilliyi olanlara diqqət və qayğı göstərsinlər. İstər qonşuda, istər iş yerində, istərsədə evində və cəmiyyətdə. Həmişə bu kimi insanlara dəstək olmaq lazımdır. Bu gün münasibəti ilə biz hər il davamlı olaraq müxtəlif səpkili tədbirlər, ziyafətlət, sərgilər həyata keçiririk.

 

Gülnar Fazilqızı