Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyun nümayəndə heyyəti ilə Azərbaycan Texnologiya Universitetində görüş keçirib. Məqsəd bu ali təhsil ocağı ilə Koreyanın universitetləri, eləcədə aparıcı şirkətləri ilə əlaqələrin qurulmasını təmin etmək, həmçinin texologiya, sənaye və İKT sahəsində əməkdaşlıq etməkdir. Görüşdə Azərbaycan Texnologiya Universitetinin maddi, texniki bazası haqqında səfirə məlumat verilib və son illərdə həyata keçirilən layihələrdən danışılıb. İkirətəfli görüşdə Koreya ali təhsil ocaqları ilə Azərbaycan Texnologiya Universiteti arasında tələbə mübadiləsini həyata keçirilməsi və el, texnika sahəsində əməkdaşlığı genişləndirmək barədə razılıq əldə olunub.
Kim Çanq-gyun - Koreya Respublikasının Azərbaycandakı səfiri: “Məqsədmiz gələcək əlaqələrin təməlinin yaxşı inkşaf etməsi üçün hər iki xalqın bir birini yaxşı tanımasıdır. Bura xalqların mədəniyyəti, adət ənənəsi, tarixi kimi mühüm fatklar daxildir. Bunu üçün səfirlik olaraq Gəncədə mədəni tədbirlər və konsertlətin təşkil olunmasına çalışacağıq. Bu ali təhsil ocağınada gəməkdə məqsəd Koreyanın Azərbaycanın ali təhsil ocaqları ilə əlaqələrdə Texnologiya Universiteti mərkəz rolunu oynasın. Qida, tekistil sahəsində də ali təhsil ocağının təklifləri tərəfimizdən qiymətləndiriləcəkdir.
Səbuhi Yusibov – ATU-nin prorektoru: “Eyni zamanda universittimizdə qurulmuş texnoparkın inkşafı istiqamətində Koreyanın təcrübə və imkanlarından istifadə etmək baxımından çox əhəmiyyətli bir görüş oldu. Biz əminiki ki, yaxın gələcəkdə bu əməkdaşlığın səmərəli tərəfini görəcəyik.
Xaliq Qurbanlı
- Baxış: 1136