• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2192
— 04.12.2017 00:10

Gəncədə 27 yaşlı kişini avtomobil vurub

Gəncə şəhərində avtomobilin piyadanın vurması faktı qeydə alınıb. Hadisə şəhərin Cavadxan qəsəbəsinə gedən yolda baş verib. Goranboy rayon Faxralı kənd sakini 27 yaşlı Röyal Abdullayevi hərəkətdə olan “Mersedes” markalı avtomobil vurub. Sürücü dərhal yaralını  öz maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirib. Ona tibbi yardım göstərilib, vəziyyəti orta ağırdı. Faktla bağlı araşdırma aparılır.

Sin Zabit Vəliyev həkim – Aparılan müayinələr nəticəsində sağ bud sümüyünün burmalar arası sınığın olması, həmçinin çanaq sümüklərinin yer dəyişməmiş sınıqları aşkarlanıb, stabil sınıqdı. Xəstəyə ilkin tibbi yardım göstərilib. Plataya yerləşdirilib, mülaicələri davam etdirilir”.

Elnur Vahidoğlu