• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1160
— 02.12.2017 16:47

“Kəpəz”in əsas komandasının baş məşqçisi Yunis Hüseynov Gəncə şəhər stadionunun bazasında azarkeşlərlə görüşüb

KepezTV Player

Hüseynovun təşəbbüsü ilə reallaşan görüşdə “Kəpəz”in müxtəlif fanklublarının 20-dən çox fəal üzvü iştirak edib. 52 yaşlı mütəxəssis azarkeşlərin böyük qüvvə olduğunu, futbolu onlarsız təsəvvür etmədiyini deyib. O, komanda - azarkeş birliyinin uğurlu tandem təşkil etməli olduğunu da sözlərinə əlavə edib. Gəncəli çalışdırıcı futbolçularla azarkeşlərin bir-birlərinə qarşılıqlı hörmət şəklində yanaşmalarının vacibliyini qeyd edib.  Baş məşqçi komandanın vəziyyəti ilə bağlı danışarkən isə tezliklə bu durumdan çıxacaqlarına inandığını deyib. Çıxışından sonra Yunis Hüseynov azarkeşləri maraqlandıran çoxsaylı sualları cavablandırıb. Təxminən bir saatdan artıq davam edən görüşün sonunda fanklublar bundan sonra da “Kəpəz”ə dəstək verəcəklərini bildiriblər. 

Orxan Cəfərzadə