• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2380
— 01.12.2017 23:09

İki avtomobil toqquşdu, beş nəfər yaralandı

Ağsuda da yol qəzası olub. Hadisə bu gün saat 16:30 radələrində Ağsu-Göylər yolunda, Çaparlı kəndi ərazisində qeydə alınıb. Ağsu rayon sakinlərinə məxsus  iki “VAZ 2106” markalı minik avtomobili toqquşub. Nəticədə 53 yaşlı Ağazər Sayılov, 62 yaşlı Yavər Sayılova, 19 yaşlı Qurban Qurbanov, 2 yaşlı Aydan Şahbazova və 48 yaşlı Xalid Xasıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.