• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1222
— 01.12.2017 13:17

Üç ailənin yaşadığı ev yanıb

KepezTV Player

Kürdəmirdə 3 ailənin yaşadığı ev yanıb. Yanğın hadisəsi şəhərin Yaşar Seyidov küçəsi, 43 ünvanında, Sabir Səmədova məxsus 1 mərtəbəli 4 otaq, 2 mətbəx və aynabənddən ibarət olan fərdi yaşayış evində baş verib. Hadisə yerinə FHN-nın Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 204 kvadratmetr olan evin 124 kvadratmetri əşyaları ilə birlikdə yansa da, evin qalan hissəsi yanğından mühafizə olunub. İlkin ehtimala görə, 3 ailənin yaşadığı evdə yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Fakt araşdırılır. 

 

Zülfiyyə Telmanqızı