• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1770
— 01.12.2017 10:03

BMW i8 damından məhrum oldu və gücləndi

BMW şirkəti rəsmi olaraq Los-Anceles avtosalonunda hibridli i8 sportkarının üstü açıq modifikasiyanı təqdim edib. i8 Roadster adını alan maşın indi 12 at gücü daha güclənib. Rodster parçadan dam əldə edib. Qatlanma mexanizmi elektrik ötürücünün köməyilə işləyir. Yuxarını 50 km/saat sürətədək yığmaq olar. Arxa oturacaqlardan imtina sayəsində BMW i8 Roadsterdə əlavə yüklər daşımaq üçün yerlər peyda olub. Bu hissənin tutumu 92 litrdir. Rodster kupedən yüksək səviyyəli asma parametrləri və yeni 20 düymlük təkər diskləri mənimsəyib. Yeni BMW i8-in hibrid güc sistemi də dəyişib. Litium-ion batareyalarının blok həcmi 7,1-dən 11,6 kilovat-saatadək artırılıb. Elektromotor isə indi 143 at gücünə malikdir. 231 at güclü benzin mühərrikə gəldikdə, bu aqreqat əvvəlki kimi yerində qalıb. Yenilənmiş kupe BMW i8 ilk 100 km/saat sürəti 4,4, rodster isə 4,6 saniyəyə yığır. Hər ikisində sürət 250 km/saatla məhdudlaşır. BMW i8 rodsterinin satışı may ayından başlayacaq.

 

Cavanşir Məmmədzadə