• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 742
— 01.12.2017 10:02

100 illik maşını hibridə çevirdilər

Mitsubishi Motors şirkəti Amerikanın West Coast Customs tüninq atelyesi ilə Model A maşının hibrid versiyasını hazırlayıb ortaya çıxarıb. Yapon markasının ilk modeli hesab olunan avtomobilin bu il 100 yaşı tamam olur. Mitsubishi Re-Model hibridlə işləyir. Onun güc sisteminə 2.0 litrlik 121 at güclü benzin aqreqat, iki ədəd 81 at güclü elektromotor və 12 kilovatt-saat həcmli litium-ion batareyaları daxildir. Model A hibrid güc sistemindən başqa tam ötürücülü transmissiya, smartfona qoşulan bilən multimedia sistemi və qarşı tərəfdən toqquşmanı öncədən xəbər verən sistemə yiyələnib. Mitsubishi Model A Yaponiyada istehsal olunan maşın hesab edilir. Birinci dəfə onun 2,8 litrlik cəmi 35 at güclü motoru olub. Saatda 97 kilometr isə onun ən yüksək sürəti idi. Həmin vaxt cəmi 22 ədəd istehsal olunub.

 

Cavanşir Məmmədzadə