• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2080
— 30.11.2017 19:55

Ağır nəticələrlə yadda qalan yol qəzaları...

KepezTV Player

Göyçayda Bığır kənd sakini, 26 yaşlı Valeh Qafarov "Vaz" markalı avtomobildə idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı dirəyə çırpılıb. Hadisə nəticəsində Qafarov və sərnişini olan əmisi oğlu, 19 yaşlı Ruslan müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub.

Gəncənin Gülüstan qəsəbəsində hərəkətdə olan “QAZ 3110” markalı minik avtomobili yolu keçmək istəyən 23 yaşlı Babək Mehdiyevi vurub. Xəsarət alan şəxs sürücü tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb, ona tibbi yardım göstərilib.

Abşeron rayonu Masazır qəsəbəsində 9 yaşlı Aysu Kiçikbəyova yol kənarında hərəkət edən zaman motosiklet onu vurub. Aysu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Motosikletin sürücüsü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Yol qəzalarından daha biri Bakının Nərimanov rayonunda baş verib. 31 yaşlı Səbuhi Cəfərquliyev yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən minik avtomobili onu vurub. Yaralı xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. Qaradağ rayonunda isə “Mitsubishi” markalı minik avtomobili yol kənarında dayanan “Kamaz”a çırpılıb. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalan sürücünü çıxarıblar. Yaralı xəstəxanaya yerləşdirilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
 

Zülfiyyə Telmanqızı