Sovet dövründə “Dinamo” Kirovabad adlanan Gəncə komandasının ЯкорьЯкорьSSRİ Çempionatının Yüksək Liqasına vəsiqə qazanmasından 50 il ötür. 1967-ci il mövsümündə birinci dəstədə uğurlu çıxış ilə seçilən “dinamoçular” yaz-payız sistemi ilə keçirilən birinciliyin qızıl medallarını qazanıblar.
Kirovabad komandası noyabr ayının sonlarına təsadüf edən keçid oyunlarında rəqiblərindən üstün olub. 3 zonanın qaliblərinin – Ukraynadan Kiyevin Ordu İdman Klubu, Qazaxstandan Karaqandanın “Şaxtyor” və “Dinamo”nun mübarizə apardığı iki dövrəli oyunlarda komandamız Orta asiyalılarla eyni xal toplayıb. Nəticədə iki kollektiv arasında Yüksək Liqaya vəsiqə verən yer uğrunda final görüşü təyin olunub. Daşkənddə keçirilən həlledici qarşılaşmada “Dinamo” 1:0 hesabı ilə qalib gələrək SSRİ dövrü üçün ən böyük tarixi nailiyyətinə imza atıb.
Zakir Süleymanovdan başqa “Dinamo”nun 50 il öncəki qələbəsinin memarlarından daha dördü Azərbaycanda yaşayır. Kapitan Müzəffər Qasımov, qapıçı Çingiz İsmayılov, müdafiəçi Ravil Batrayev və hücumçu Nürəddin Əliyev bu gün də o tarixi qələbəni sevinclə xatırlayırlar.
Keçid oyunları zamanı “Dinamo”nun Kiyevdəki görüşü xüsusi əhəmiyyət kəsb edib. Komanda səfərdən qələbəsiz dönəcəyi halda vəsiqədən əlini üzəcəkdi. Qarşılaşmanın sonuncə dəqiqəsində hesab 2:2 olarkən ev sahiblərinin qapısına 11 metrlik təyin olunub. Zərbəni yerinə yetirmək üçün məsuliyyəti öz üzərinə götürən Müzəffər Qasımov qələbə topunun müəllifi olub. Bu qol Dinamoya mübarizəni sona kimi davam etdirmək imkanı verib.
Kirovabad kimi kiçik şəhərin 1959-cu ildə yaradılan komandasının 8 il ərzində pillə-pillə məqsədinə doğru irəliləməsi böyük marağa səbəb olmaya bilməzdi. Odur ki, “Dinamo”nun SSRİ birinciliyinin elitasına çıxması İttifaq məkanında böyük əks-səda doğurub.
Azad Rəfi
- Baxış: 1036