• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1459
— 30.11.2017 14:34

“Hərəyə bir ağac əkək” kampaniyasına Gəncə də qoşulub

KepezTV Player

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar start verilən “Hərəyə bir ağac əkək” kampaniyasına Gəncə də qoşulub. YAP Gəncə şəhər Təşkilatının üzvləri Heydər Əliyev Park-kompleksinin ərazisində müxtəlif növ ağaclar əkib, ərazidə olan digər yaşıllıqlara aqrotexniki qulluq göstəriblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilən “Hərəyə bir ağac əkək” kampaniyası Azərbaycanın hər bir bölgəsini əhatə etməklə, bütün yaşıllaşdırma mövsümü ərzində davam edəcək. Əsas məqsəd ölkədə meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılmasıdır. 

 

Gülnar Fazilqızı