• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1197
— 30.11.2017 13:08

Ev yandı, sahibi ağır xəsarətlər aldı

KepezTV Player

Xaçmazda yanğın hadisəsi baş verib. Şəhərin Aşıq Ələsgər küçəsində yerləşən, ümumi sahəsi 110 kvadratmetr olan, birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 50 kvadratmetr sahədə yararasız hala düşüb. Alov yanğınsöndürənlər tərəfindən ram edilsə də, ev sahibi xəsarət alıb. 64 yaşlı Rafiq Paşayev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona hər iki əlin üst səthinin, eləcə də bel, baş və üz nayihəsinin 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub, vəziyyəti ağırdır. Faktla bağlı araşdırmalar aparılır.

 

Zülfiyyə Telmanqızı