• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1266
— 30.11.2017 12:48

Tanımadığı şəxslərə telefon verməyən gənci bıçaqladılar

KepezTV Player

Abşeron rayonu ərazisində bıçaqlanma olub. Hadisə Mehdiabad qəsəbəsində baş verib. Qəsəbə sakini, 29 yaşlı Elnur Qəhrəmanov qarın nahiyəsindən aldığı bıçaq xəsarətləri ilə 1 saylı Xəstəxanaya gətirilib və cərrahi əməliyyat olunub. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə barədə polisə məlumat verilib. Qəhrəmanov ifadəsində bildirib ki, tanımadığı şəxslər ona yaxınlaşaraq telefon istəyiblər. Rədd cavabı aldıqda isə mübahisə yaranıb və nəticədə gənc bıçaqlanıb.

 

Zülfiyyə Telmanqızı