• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1902
— 29.11.2017 14:19

Gəncədə Regional Seçki İştirakçılığı Strategiyasının Hazırlanması adlı seminar keçirilib

KepezTV Player

“Azərbaycanda azad və ədalətli seçkilər üçün vətəndaş iştirakçılğı” layihəsi çərçivəsində keçirilən seminarının əsas məqsədi ölkədə seçkilərin azad və ədalətli keçirilməsinə dəstək durmaq, 2018-ci il prezident seçkilərində vətəndaşların və QHT nümayəndələrinin prosesdə fəal iştirakını təmin etməkdir. Seçki iştirakçılığına təsir göstərən müsbət və mənfi amillər, seçki iştirakçılığının gücləndirilməsi üsulları, seçki komissiyaları, vətəndaş cəmiyyətinin seçkilərdə iştirakının əhəmiyyəti və iştirak formaları haqqında çıxışlar olub.

Mirəli Hüseynov - ictimai birlik sədri: Seminar ölkənin 10 müxtəlif bölgələrində keçiriləcək. Mirəli Hüseynov qeyd edib ki, tədbir Gəncədən sonra İmişli, Şirvan və Quba şəhərlərində də keçiriləcək.