• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2426
— 29.11.2017 14:39

Gəncə gəncləri yaşıllaşdırma aksiyası keşirib

KepezTV Player

Təbiətin yaşıllaşdırılmasına öz tövhələrini verənlər Heydər Əliyev prak kompleksinin ərazisində yerləşən Gənclər evinin ətrafında ağac əkiblər. Aksiyaya şəhər gənclər və idaman idarəsinin əməkdaşları ilə yanaşı, universitet və kollec tələbələri, gənclər təşkilatlarının üzvləri, idman məktəblərinin nümayəndələri qatılıb. Əkilən 300 şam ağacına aqrotexniki qulluq göstərilib, suvarılması həyata keçirilib. Fəal gənclər ətraf mühitin yaşıllaşdırılamsı, eləcə də təbiətin qorunması istiqamətində təşkil olunan bu kimi aksiyaları davam etdirəcəklərini bildirirlər.

Müşfiq Cəfərov - Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi: Bir neçə gün öncə İDEA ictimai birliyi ilə birgə təmizlik aksiyası keçirdik, qədim Gəncə ərazisində. Ondan başqa Heydər Əliyev park kompleksində bu il təxminən 2 min ağac əkmişik. Yay ayları olduğu üçün, müəyyən müddət ağac əkimi ayları olmadığından aksiyanı dayandırmışdıq, hal-hazırda yenidən start vermişik.

Elmira Bayramova - aksiya iştirakçısı: Bir gənc kimi burada iştirak etdiyim üçün fəxr edirəm və hər zamanda iştirak eləməyə hazırıq, mən və mənim tələbə yoldaşlarım. Yaşıllıq insanın sağlamlığı üçün xeyirlidir. Ona görədə təbiyyəti qorumaq lazımdır.