• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1129
— 29.11.2017 14:39

“UltrAslan-Gəncə” fanklubu yaranmasının 15 illiyini qeyd edib

KepezTV Player

Azərbaycanda yerli futbol klubları ilə yanaşı əcnəbi komandalara azarkeşlik edən fanklublar da var. Bu mənada Türkiyə təmsilçilərindən “Qalatasaray”a könül verənləri xüsusilə vurğulamaq lazımdı. Belə ki, onlar çoxluq təşkil edirlər. Türkiyədə “Qalatasaray”ın 2001-ci ildə yaradılan “UltrAslan” fanklubu 1 ildən sonra Bakıda ardınca isə Gəncədə fəaliyyət göstərməyə başlayıb. Nadir Hüseyn tərəfindən qurulan qrupun qısa zamanda üzvlərinin sayı 20-yə çatıb. Noyabrda Nizami yurdunda yaradılmasının 15 illiyini qeyd edən fanat ordusunun indi rəsmi olaraq 100-ə yaxın fəal üzvü olsa da, qeyri-rəsmi məlumata görə bu rəqəm 500-dən çoxdur. 

Nadir Hüseyn – “UltrAslan-Gəncə” fanklubunun rəhbəri – Bu gün bizim həyatımızda əlamətdar bir gündür. 2002-ci ildə təməlini qoyduğumuz “UltrAslan-Gəncə”nin artıq 15 yaşı olur. Biz sırf Qalatasarayla deyil, eyni zamanda şəhərimiz komandası “Kəpəz”ə azarkeşlik edirik, oyunlarını izləyirik. “Kəpəz”lə yanaşı Türkiyənin “Qalatasaray” klubuna çox böyük sevgimiz, məhəbbətimiz var. Mən istəyərdim ki, Gəncədə yaşayan bütün “Qalatasaray” sevdalıları, “Qalatasaray” azarkeləri bizim qrupa qoşulsun, sayımızı daha da artıraq və daha da irəli getməyə çalışaq.

Azərbaycanda digər xarici klublarla müqayisədə ən çox azarkeşi olan sarı-qırmızıların Gəncə fanklubu 15 illik yubileyini şəhərdəki türk konsulluğunda qeyd edib. Qrupun fəalları baş konsul Orxan İşığı ziyarət edərək ona fəaliyyətləri haqda danışıblar. Tədbirin sonunda baş konsula təşəkkür diplomu təqdim olunub,  ardınca isə üzərində ultraslan fanklubunun loqosu əks olunan tort kəsilib.

Orxan İşık -  Türkiyənin Gəncədəki Baş Konsulu – Qalatasaray ultraslan Gəncə fanklubun yaranmasının 15 illiyini birlikdə qeyd etdik. Mən də bu fanklubun 1 üzvüyəm. Azarkeş birliyinin 100-ə yaxın üzvü var. Belə deyək mən 101-cisi oldum. Amma Azərbaycanda yalnız Qalatasarayın deyil, digər böyük klubların – Beşiktaş və Fənərbaxçanın da fanat qrupları var. Onlar yerli klublarla yanaşı, həm də türk komandalarına fanatlıq edirlər. Buna görə çox şadam. Həqiqətən də Gəncə haqqında hər öyrəndiyim şey məni heyrətləndirir. 

Tədbirdən sonra Nizami məqbərəsinə yollanan fanklub üzvləri orada Qalatasarayın şəninə mahnılar oxuyub, pankart açıblar. 

 

Orxan Cəfərzadə