• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1731
— 29.11.2017 14:25

Samuxda şəhidin adına nəşr olunan kitabın təqdimatı olub

KepezTV Player

Samux rayon Heydər Əliyev mərkəzində aprel döyüşlərinin şəhidi Fərman Əsədlinin həyat yolundan bəhs edən “26 gün” adlı kitabın təqdimatı olub. İştirakçılar əvvəlcə mərkəzin foyesində şəhidin həyat yolundan bəhs edən foto güşə ilə tanış olublar. Aprel döyüşlərində Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqdan və nəticədə ərazilərimizin bir hissəsinin işğaldan azad edildiyinə diqqət çəkilib. Fərman Əsədlinin də döüyşlərdə fəal iştirakından danışanlar onun kimi vətən oğullarının qəlblərdə daim yaşacağını dilə gətiriblər. “26 gün” adlı kitabda şəhidin vətənə, orduya bağlığından geniş bəhs olunub. Aprel döyüşləri böyük qələbənin başlanğıc nöqtəsi kimi səciyyələndirilib. Şəhidin atası ehtiyyatda olan polkovnik-leytenant, Qarabağ Müharibəsi veteranı Elçin Əsədov oğlunun qanının yerdə qalmaycağına və işğal altında olan torpaqların tezliklə azad olunacğına əminlik ifadə edib.  

Elçin Əsədov - şəhidin atası: “Hamı hazırdır ki vətənin müharibəsinə qalxsın və iştirakçıya çevrilsin. Təbii ki Ali Baş Komandanımızın bir başa göstərişdən sonra bu məsələlərə hə rbi kəs kimi biz Əsədovlarda hazırıq. Yaşasın vətənimiz, yaşasın üç rəngli bayrağımız, yaşasın Ali Baş Komandanımız eşq olsun”.

 

Natiq Hüseyn