• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1779
— 29.11.2017 10:03

Jaguar XE sedanı uzadıldı

Jaguar şirkəti Quançjou avtosalonunda XE sedanının uzadılmış versiyasını nümayiş elətdirib. Adına L indeksi əlavə edilən modelin təkər bazası 2935 millimetr uzunluğundadır. Bu da standart versiyadan 100 mm artıq deməkdir. Sedan 2,0 litrlik turbomotorla təchiz olunub. Onu 200 və ya 250 at gücü ilə sifariş etmək olar. Mühərriklər 8 pilləli avtomatik və tam ötürücü sistemlə birgə maşını hərəkətə gətirəcəklər. XE L-in təchizat siyahısına daxil olanlar aktiv amortizatorlar, adaptiv kruiz-kontrol, panoram dam və daxili naviqasiyası olan multimedia sistemidir. Maşın yalnız Çin bazarı üçün nəzərdə tutulub.

 

Cavanşir Məmmədzadə