• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1344
— 29.11.2017 10:01

OK Go qrupu 567 printerin effektləri ilə klip çəkdi

Pərəstişkarlarını özlərinin qeyri-adi klipləri ilə sevindirən Kanadanın məşhur musiqi qrupu OK Go bu dəfə də ənənəsinə sadiq qalıb. Onlar indi adi printerlərin köməyilə xüsusi effektlər yaradaq yeni klip çəkiblər. “Obsession” adlı mahnıya çəkilən klipdə 567 printerdən istifadə olunub. Onlar sinxron şəkildə ofis kağızlarını çap edib, həmçinin animasiya şəkillərindən yararlanıblar. OK Go qrupunun digər videoları kimi bu dəfəki də bir dubla çəkilib. Ümumi proses isə 5 gün davam edib. Layihənin tərəfdaşı qismində kağız istehsal edən Double A şirkəti çıxış edib. Deyilənə görə, ən çətin iş printerləri eyni vaxtda idarə etmək olub. Layihəyə hətta Yaponiyanın kreativ SIX agentliyi də qatılıb.

 

Cavanşir Məmmədzadə