KepezTV Player
İnternat məktəbinin binasından oğurluğa cəhdin qarşısı alınıb.Paytaxtın Suraxanı rayonunda 11 saylı inteqrasiya təlimli internat məktəbinin balansında olan binaya1 nəfər naməlum şəxs daxil olaraq oradan istilik radiatoru və plastik qapı oğurlamaq istəyib. Binanı mühafizə edən Suraxanı rayon mühafizə polisinin əməkdaşı kömək üçün mərkəzə məlumat verib. Polis əməkaşları hadisə yerinə gələrək oğurluğa cəhd göstərən şəxsi yaxalayıblar. Araşdirma zamani məlun olub ki, cinayəti törədən şəxs Əmircan qəsəbə sakini, 18 yaşlı Sabir Salmanovdur. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 726