• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1338
— 28.11.2017 23:37

Bərdədə oğurluq edən Mingəçevir sakini saxlanıldı

KepezTV Player

Bərdə rayonunda evdən qızıl-zinət və digər əşyalar oğurlayan şəxs saxlanılıb. Şəhər sakini Nicatağa Bağırov noyabrın 26-da RPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı evdən oğurluq edildiyi barədə məlumat verib.Zərərçəkən evdən ona məxsus ümumilikdə 4 min 300 dollar dəyərində qızıl əşyaların və fotoaparatın, 1280 manat dəyəri olan digər məişət əşyalarının oğurlandığını bildirib.Bərdə RPŞ-nin əməkdaşlarının peşəkarlıqla keçirdiyi  əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Aparılan araşdırmalarla onun Mingəçevir şəhər sakini Sərdar Qurbanov olduğu müəyyən edilib. O, törətdiyi əməli etiraf edib. Oğurlanmış əşyalar maddi sübut kimi götürülüb.Faktla bağlı araşdırmalar aparılır.