• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1961
— 28.11.2017 15:30

Şəmkirdə yeni məktəb binaları fərdi qazanxana ilə təchiz edilib

KepezTV Player

Şəmkirdə 78 məktəbin istiliklə təminatı ilə bağlı məsələlər artıq həllini tapıb. Qazanxanalar işə salınıb, odun tədarükü görülüb.

Nərmin Hüseynova şagird: Havalar nə qədər soyuq olsa da qarlı şaxtalı olsa da məktəblər isti olur. Ona görə də biz heç vaxta dərsmizdən qalmırıq.

Şəmkir rayonunda faəliyyət göstərən məktəblərdə 36 minə yaxın şagird təhsil alır. Qış aylarında sinif otaqlarının normal istiliklə təchziatı şagirdlərin dərsə davamiyyətinə və tədrisin kefiyyətinə təsir göstərməyə bilməz. Ancaq Şəmkirin Qaralar kəndində 4 il əvvəl yeni məktəb binasının inşa edilməsi istiliklə yanaşı madddi texniki bazanın möhkəmlənməsinə də şərait yaradıb.

Flora Qurbanova Qaralar kənd tam orta məktəbinin direktoru: Müasir tipli binada dərs tədris edirik. Tək istilik deyil digər məişət qayğılarımızda həll olunub. Mərkəzləşmiş qazanxanamız var. Ona görə də şagirdlərin dərsə davamiyyətində heç bir problem yoxdur.

Mətləb Əliyev şagird: Məktəbimiz istilik sistemi ilə təchiz olunub. Biz dərslərimizi rahat keçirik. Bayır soyuq olsada sinif otaqları istidir.

Qaralar kəndi ilə yanaşı rayon mərkəzindən 30 kilometr aralıda yerləşən Qasım İsmayılov kəndində də şagirdlərin istiliklə bağlı problemi yoxdur. Kənddə inşa olunan yeni tədris ocağında müəllimlər də isti sinif otaqlarında dərs deməyin tədrisə müsbət təsirini qabardır.

Marifə Qasımova  Qasım İsmayılov kənd tam orta məktəbinin direktoru: Havanın temperaturundan asılı olmayaraq 15 noyabr 2017 ci il tarixdən etibarən istilik sistemimiz dayanmadan işləyir.

Şəmkir rayonunda mövcud olan məktəblərdən 42-də fərdi qazanxana var. Daha 4 məktəb elektrik enerjisi, dağ kəndlərdə yerləşən 32 təhsil ocağı isə odunla qızıdırılır.

 

Natiq Huseyn