• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2082
— 28.11.2017 10:50

Görün Türkmənistan Prezidenti BMW M3-lə necə drift edir

Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhəmmədov ölkənin Daxili İşlər Nazirliyi üçün gətirilən yeni avtomobilləri şəxsən sınaqdan keçirib. Dövlət rəhbəri BMW M3-ün sükanı arxasına keçərək yarış yolunda drift eləyib. Gücləndirilmiş BMW M3 üç litrlik 431 at güclü tvin-turbomotorla təchiz olunub. Aqreqat seçimə görə ya 6 pilləli mexaniki, ya da 7 pilləli robotlaşdırılmış sürət qutusu ilə vəhdət təşkil edə bilər. BMW M3 ilk “yüzü” 4,3 saniyəyə yığır. Sedanın maksimal sürəti 250 km/saat-la məhdudlaşır. M3 üçün 450 at güclü M Competition adlı idman paketi də təklif edilir.